Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Dünya

27.01.2025 16:30

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyaların uzadılması barədə razılığa gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda deyilir ki, məhdudiyyətlərin uzadılması barədə qərar yanvarın 27-də Aİ xarici işlər nazirlərinin görüşü zamanı qəbul edilib. 

Qeyd edilib ki, Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib.

Xatırladaq ki, yanvarın 24-də Macarıstanın Baş naziri Viktor Orban “Moskvaya qarşı sanksiyalar yalnız Ukrayna qaz tranzitini qaytarsa, “Türk axını”na hücumlar dayansa və Rusiya neftinin öz ərazisindən tranzitini təhdid etməyi dayandırsa uzadılacaq” deyə bildirib.

Nicat Osman

tag: Avropa,Aİ,Macarıstan,Sanksiya,Todaypress.az,