Rusiyaya qarşı sanksiyalardan faydalanan ölkələr açıqlandı

Dünya

23.12.2024 10:08

Rusiyaya qarşı sanksiyalardan Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan faydalanıb. 

TodayPress xəbər verir ki, bunu "TASS"a müsahibəsində Dünya Bazarlarının Öyrənilməsi İnstitutunun direktoru Aleksey Bobrovski deyib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatın başlanmasından sonra xeyli sayda rusiyalı Ermənistan, Gürcüstan və Qazaxıstana köçüb. Mütəxəssis vurğulayıb ki, onların çoxu geri qayıtdığı üçün bunun mənfi təsiri bir qədər qısamüddətli olub. 

Bobrovski onu da qeyd edib ki, proses müddətində Qırğızıstan və Özbəkistan öz növbəsində paralel idxal üçün bir növ yükdaşıma məntəqələrinə çevriliblər. Bu səbəbdən onlar digərlərinə nisbətən bu sanksiyalardan daha çox faydalanan ölkələr olublar.  

Günəş Mərd

tag: Dünya ,Bazar ,Rusiya, Sanksiya, todaypress.az,