Rusiyaya qarşı sanksiyalar Ukraynadakı vəziyyətdən asılıdır

Dünya

29.08.2024 11:47

1790

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Belarusa qarşı yeni sanksiya paketini hazırlayıb qəbul etməyə vaxtlarının olmadığını açıqlayıblar. 

TodayPress xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

“Rusiya və Belarusa qarşı sanksiyalarla bağlı yeni təkliflərə baxmağa başlayan Avropa Komissiyası çox güman ki, riskə getmək və daha bir məhdudiyyətlər paketini tətbiq etməyə çalışmayacaq. Ona görə də Aİ ölkələri yeni məhdudiyyətlər barədə razılığa gələcəklərinə şübhə edirlər” deyə məlumatda bildirilir.

Bununla belə, Avropa Komissiyasının mövqeyi qışa qədər dəyişə bilər. Çünki sanksiyaların təsdiqi və qəbulu Ukraynadakı vəziyyətdən asılı olacaq.

Xatırladaq ki, iyunun 24-də Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Töhfə Səməd

tag: Rusiya, Belarus, Ukrayna, Avropa İttifaqı, Sanksiyalar, Avropa Komissiyası, todaypress.az,