Rusiyaya qarşı sanksiya paketi nə vaxt təsdiqlənəcək?

Dünya

13.05.2025 11:45

13

Avropa İttifaqı (Aİ) ölkələri mayın 14-də Rusiyaya qarşı 17-ci sanksiyalar paketini razılaşdırmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, Aİ-yə üzv 27 ölkənin nümayəndələri yeni sanksiyalar paketi ilə bağlı əsas məsələlərdə razılıq əldə ediblər.

Yeni sanksiyalar, Rusiyaya sanksiyalardan yayınmağa kömək edən Çin və digər ölkələrdəki şirkətləri də əhatə edəcək. Sənədin gələn həftənin əvvəlində rəsmi elan olunması gözlənilir.

Türkan İsgəndərli

tag: Aİ,Sanksiya,Rusiya,Tarif,todaypress.az,