Rusiyaya məxsus PUA Ukrayna səmasında görüntüləndi
Dünya
03.09.2024 14:24
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus yeni növ pilotsuz uçuş aparatını (PUA) vurublar.
TodayPress xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Bildirilib ki, müvafiq növ PUA ilk dəfədir ki, Rusiya tərəfindən döyüş meydanında istifadə edilib.
Aerodinamik konstruksiya üzrə istehsal edilən cihazın qanadı bir reaktiv mühərriklə təchiz edilib. Onun yanında silah və ya kəşfiyyat avadanlığı olmayıb.
Nəşr, PUA-nın eksperimental model olduğunu bildirib.
Töhfə Səməd
tag: Ukrayna, Hava Hücumu ,Rusiya, PUA , Müdafiə Qüvvələri, todaypress.az,