Rusiyaya işləməyə gedənlərin nəzərinə: YENİ FƏRMAN QÜVVƏYƏ MİNİR
Dünya
31.12.2024 12:00
Rusiyadakı qeyri-qanuni mühacirlər aprelin 30-dək (2025-ci il) ölkəni tərk etməli və ya hüquqi statuslarına düzəliş etməlidirlər.
TodayPress bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda deyilir.
Rusiyada qeyri-qanuni mühacirlərin deportasiyası rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə şamil ediləcək. Bu kateqoriyadan olan bütün vətəndaşlar ölkədən çıxarılana və ya hüquqi vəziyyəti tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.
tag: Rusiya,Qeyri-qanuni mühacirlər,Vladimir Putin,Fərman,todaypress.az,