Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində azı 7 nəfər öldü
Dünya
06.12.2024 21:09
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın
Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər
ölüb, yaralıların olduğu bildirilir.
TodayPress xəbər verir ki, bu barədə
Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00)
radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi
administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və
texniki qulluq stansiyasının yandığını qeyd edib.
Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə
olunur.
Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin
öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin
olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.
tag: Rusiya, Ukrayna, Zaporojye, İvan Fedorov, Bakı, todaypress.az,