Rusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər öldü
Dünya
27.07.2024 03:00
Rusiyanın Ulyanovsk şəhərində
yaşayış binasında baş vermiş yanğında azı 3 nəfər ölüb, daha 3 nəfər yanıq və zəhərlənmə
əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu
barədə eyniadlı vilayətin qubernatoru Aleksey Russkix özünün teleqram kanalında
məlumat verib.
“Ölənlərin sayı 3-ə yüksəlib, yanıq xəsarətləri almış və yanma məhsullarından zəhərlənmiş 3 nəfər Mərkəzi Şəhər Klinik Xəstəxanasına və İxtisaslaşdırılmış Müalicə Mərkəzinə çatdırılıb” qubernator yazıb.
tag: Rusiya, Ulyanovsk, Yanğın, Aleksey Russkix, todaypress.az,