Rusiyanın səbri sonsuz deyil: III Dünya Müharibəsi başlayır?
Dünya
12.09.2024 11:20
ABŞ-də Qərb silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbə endirmə ehtimalının müzakirə olunması III Dünya Müharibəsinin başlamasını sürətləndirə bilər.
TodayPress, “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfir Anatoli Antonov açıqlama verib.
“Administrasiya israrla Rusiyanın maraqlarına məhəl qoymur. Hazırda Rusiya ərazisinin uzaqmənzilli silahlarla atəşə tutulmasının mümkünlüyü barədə getdikcə daha çox danışılır. Çox az siyasətçi III Dünya Müharibəsinin mümkünlüyündən söz açır” deyə o bildirib.
Antonov əlavə edib ki, Qərb Rusiyanın ona doğru aqressiv addımlarına dözümlülüyünü sınayır və strateji məğlubiyyətə ümid edir.
Günəş Mərd
tag: ABŞ, Rusiya, Qərb, Antonov ,Müharibə ,todaypress.az,