Rusiyanın Qərblə əlaqəli hüquqi şəxslərin qeydiyyatı qadağan edildi

Dünya

24.12.2024 18:10

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə 2026-cı il yanvarın 1-dək dost olmayan ölkələrdən gələn əcnəbilərlə əlaqəli hüquqi şəxslərin Donbass və Novorossiya regionlarında xüsusi icazə olmadan qeydiyyata alınmasını qadağan edib. 

TodayPress xəbər verir ki, sənəd hüquqi aktlar portalında dərc olunub.

Xüsusi icazələrin verilməsi hüququ Donetsk, Lukansk, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri tərəfindən formalaşdırılmalı olan kollegial orqanlara verilib. 

Fərmanda deyilir ki, müvafiq qeydiyyat fəaliyyətinin həyata keçirilməsi ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinə təhlükə yarada bilərsə belə icazə almaq üçün müraciətdən imtina edilə bilər. 

Töhfə Səməd

tag: Rusiya, Putin, Portal, İcazə, todaypress.az,