Rusiyanın on regionunda kriptovalyuta istehsalı qadağan edildi

Dünya

01.01.2025 11:20

Rusiyanın on regionu yanvarın 1-dən kriptovalyuta mədənçiliyinə tamamilə qadağa qoyub. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Hökumət dekabrın 23-də müvafiq qərar qəbul edib. Qadağa Şimali Qafqaz respublikalarına (Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya və Çeçenistan), eləcə də Rusiyanın nəzarətində olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə şamil edilir.

Noyabrın 15-dən martın 15-dək istilik mövsümündə mədən işlərinə qismən qadağa da qüvvəyə minib. 2031-ci ilə qədər hər il Buryatiya, Trans-Baykal diyarı və İrkutsk vilayətində fəaliyyət göstərəcək.

Töhfə Səməd

tag: Rusiya,Kriptovalyuta,Qadağa ,Şimali Qafqaz,todaypress.az,