Rusiyanın növbəti hədəfi bəlli oldu
Dünya
12.12.2024 16:39
“Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketinin mümkün yeni hədəfləri Ukrayna ərazisindəki hərbi bazalar, eləcə də digər ölkələrin ərazisindəki Rusiyanı təhdid edən obyektlər ola bilər”.
TodayPress xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik “Lenta.ru” ilə söhbətində deyib.
“Yeni hədəflər hər yer ola bilər, bu olduqca məxfi məlumatdır. Hərbi müəssisələrə basqın oluna, təhlükəsizliyimizə təhlükə yaradan digər obyektlərə hücumlar edilə bilər” deyə Kolesnik bildirib.
O, həmçinin ölkənin hərbi doktrinasına uyğun olaraq Rusiyaya qarşı təcavüz və onun təhlükəsizliyinə təhdid yaranarsa, digər dövlətlərin ərazilərinə zərbələr endirəcəyini də istisna etməyib.
“Bəzi dövlətlər NATO-nun bir hissəsi olduqları üçün heç bir şeyin onları təhdid etmədiyini düşünür. Lakin ABŞ hamının müdafiəsinə qalxa bilməyəcək və Ukraynaya silah verən ölkələr bu barədə düşünməlidir” deyə siyasətçi tövsiyə edib.
O, həmçinin vurğulayıb ki, mümkün zərbələr mülki şəxslərə toxunmadan yalnız hərbi hədəflərə endiriləcək.
Töhfə Səməd
tag: Rusiya, NATO ,Hədəf ,Hərbi ,todaypress.az,