Rusiyanın Kiyevə uzaqmənzilli silah tədarükünə cavabı qəddar olacaq: Rusiya XİN
“ABŞ Kiyevə Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli silahlarla zərbə endirmək üçün bütün kart-blanş verib, Moskvanın buna cavabı ağır olacaq”
TodayPress xəbər verir ki,bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
"Rusiya
prezidenti bu mövzuda hər şeyi deyib. Ona görə də biz qəddar şəkildə cavab
verəcəyik” Ryabkov bildirib.
Rusiya
prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiya
ərazisinə dərin zərbələr endirmək iqtidarında deyil, çünki bunun üçün
peyklərdən və uçuş missiyalarından kəşfiyyat məlumatlarına ehtiyacı var.
O,
Moskvanın Rusiya üçün yaranacaq təhdidlərə əsaslanaraq qərarlar
qəbul edəcəyinə işarə edib.
Sentyabrın 13-17-də Moskvada BRIKS Media Sammiti keçirilir. Tədbirdə qrupa üzv dövlətlərin və BRİKS-ə qoşulmaq üçün müraciət etmiş ölkələrin aparıcı media qurumlarının rəhbərləri bir araya gəlir.
Qeyd edək ki, "TASS" sammitin təşkilatçısıdır.
Aynur TAC
tag: Kiyev, Ukrayna, Putin,Qərb,ABŞ,todaypress.az,