Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 34-ə çatdı
Dünya
10.07.2024 14:50
Rusiya ordusunun iyulun 8-də Kiyevə hücumu nəticəsində 34 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib. O, qəza-xilasetmə işlərinin başa çatdığını vurğulayıb.
"Təəssüf ki, şəhərin mülki infrastrukturuna düşmən atəşi nəticəsində 34 nəfər, o cümlədən 5 uşaq həlak olub. Bundan əlavə, atəş nəticəsində 121 nəfər, o cümlədən 10 uşaq xəsarət alıb. Xilasedicilərin operativ fəaliyyəti nəticəsində üçü uşaq olmaqla 10 nəfəri xilas etmək mümkün olub" deyə o bildirib.
Xatlırladaq ki, Rusiya silahlı qüvvələri bir neçə gün öncə paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.
tag: Rusiya, Kiyev, Hücum, Silahlı Qüvvələr, Həlak Olanlar, todaypress.az,