Rusiyanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildi

Dünya

12.01.2025 02:22

Rusiyada Hava Nəqliyyatı Agentliyi Kirov və Ufa hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edib.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, bu hava limanları uçuş və eniş üçün müvəqqəti bağlanıb.

"Moskva vaxtı ilə saat 18:45-dən Kirov, saat 18:50-dən etibarən isə Ufa hava limanlarında uçuş və eniş üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib" məlumatda deyilir.

Həmçinin daha əvvəl İjevsk hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq edildiyi açıqlanıb.

Aynur TAC

tag: Moskva, Uçuş, Kirov, Ufa, Hava Limanı, Eniş, todaypress.az,