Rusiyanın dondurulan aktivləri Ukrayna üçün ayrıldı

Dünya

08.05.2025 15:07

15

Avropa İttifaqı (Aİ) Rusiyanın xaricdə dondurulan aktivlərindən əldə olunan gəlirin növbəti tranşı çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində maliyyə yardımı ayırıb. 

TodayPress xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında yer alıb.

Bildirilir ki, bu vəsait Aİ-nin Ukraynaya göstərdiyi makro-maliyyə yardımının (MFP) bir hissəsidir və ümumi paket 18,1 milyard avro təşkil edir. Yeni tranş Aİ-nin Ukraynanın əsas maliyyə donoru kimi mövqeyini daha da möhkəmləndirir.

Türkan İsgəndərli

tag: Aİ,Rusiya,Ukrayna,Aktiv,Todaypress.az,