Rusiyanın dərinliklərinə zərbələr endirilməsi müzakirə edildi
Dünya
10.10.2024 18:00
NATO-nun yeni Baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukrayna qoşunlarının tədarük edilən uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirmək məsələsini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz bunu bu gün müzakirə etdik, lakin son nəticədə hər şey ayrı-ayrı müttəfiqlərdən asılıdır” deyə alyansın baş katibi görüşündən sonra deyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Böyük Britaniyanın Baş nazir Keir Starmer və Mark Rutte ilə planlaşdırılmış danışıqlar üçün Böyük Britaniyaya səfər edib.
Günəş Mərd
tag: NATO,Baş katib,Mark Rutte,Zelenski ,Ukrayna,Keir Starmer,todaypress.az,