Rusiyanın Daimi Nümayəndəliyi Aİ-ni yalançı adlandırdı

Dünya

13.06.2024 00:50

Rusiyanın Daimi Nümayəndəliyi Avropa İttifaqını yalan danışmaqda ittiham edib.

TodayPress Ria Novosti-ə istinadla xəbər verir ki, Rusiyanın Avropa İttifaqındakı Daimi Nümayəndəliyi, Aİ Ukraynada diplomatik yollarla sülhə nail olmaq istədiyini söyləyərkən yalan danışırdeyə bildirib.

Aİ-nın Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatına diqqət çəkən Daimi Nümayəndəlik “Cənab Broll 2024-cü il mayın 3-də “Mən Ukraynadakı müharibəni bir neçə həftəyə təchizatı dayandırmaqla necə bitirəcəyimi bilirəm” demişdi.  Əgər cənab Borrell sülhə nail olmağın yolunu bilirsə, niyə öz planını həyata keçirmədi?” deyərək Avropa İttifaqını yalan danışmaqda ittiham edib.

 GÜNEL

tag: Ukrayna, Rusiyanın Daimi Nümayəndəliyi, Avropa İttifaqı, Josep Borelli, todaypress.az,