Rusiyanın daha bir hava limanında məhdudiyyətlər tətbiq edildi
Dünya
20.01.2025 10:32
Rusiyanın "İjevsk" hava limanında pilotsuz təyyarələrin hücumlarına görə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TodayPress xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hava limanı təyyarələrin qəbulunu və buraxılmasını məhdudlaşdırıb.
Elə həmin gün səhər saatlarında Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Rusiya bölgələrinə pilotsuz təyyarələrin hücumları 2022-ci ildə Ukraynada xüsusi hərbi əməliyyatlar fonunda başlayıb.
Nicat Osman
tag: Rusiya,Bölgə,Pilot,Təyyarə,Kazan,Todaypress.az,