Rusiyanın daha 3 hava limanı fəaliyyətini dayandırdı
Dünya
05.01.2025 11:43
Rusiyanın Nijnekamsk, İjevsk və Perm hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər qoyulub.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat verib.
Qeyd olunub ki, hava limanları təhlükəsizliyi təmin etmək üçün müvəqqəti olaraq uçuşları qəbul etmir.
Saratov hava limanında da müvəqqəti məhdudiyyətlər qüvvədə olub, lakin Moskva vaxtı ilə saat 08:30-dan etibarən hava limanı normal fəaliyyətə keçib.
Bundan əvvəl Kazan hava limanında məhdudiyyətlər tətbiq edilib.
Günəş Mərd
tag: Rusiya,Uçuş,Hava limanı,Məhdudiyyət,Todaypress.az,