Rusiyanın bir sıra regionlarında məktəblər bağlandı

Dünya

19.09.2024 09:06

Sentyabrın əvvəlindən Rusiyanın yeddi regionu qrip və "ARVI" virusuna yoluxma hallarının artması ilə əlaqədar məktəb və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərini karantinə göndərib.

TodayPress xəbər verir ki,  bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, Udmurtiyada 21 məktəbin 37 sinifinin, həmçinin yeddi uşaq bağçasının yeddi qrupunda fəaliyyət dayandırılıb.  

Omsk vilayətində isə 10 təhsil müəssisəsində və 7 uşaq bağçasında karantin elan edilib.

Bildirilir ki, Rusiyada epidemiya həddinə çatmasa da, "ARVI" və qripə yoluxma halları son illər artıb. 

Günəş Mərd

tag: Rusiya ,Məktəblər ,Epidemiya, ARVI, Uşaq Bağçası, todaypress.az,