Rusiyanın Avropaya maye qaz tədarükü minimum səviyyəyə düşdü

Dünya

03.09.2024 11:04

2024-cü ilin avqust ayının sonunda Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) orta gündəlik tədarükü 2021-ci ilin payızından bəri ən aşağı səviyyəyə enərək 230,9 milyon kubmetr təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Bildirilib ki, Aİ-yə LNG idxalı 27 faiz azalıb. 2024-cü ilin ilk səkkiz ayında Aİ ölkələri ümumilikdə 73,8 milyard kubmetr LNG alıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır. Analitiklər bu cür dinamikanı digər amillərlə yanaşı, bu yanacaq növünün bahalaşması ilə əlaqələndirirlər.

Töhfə Səməd

tag: Rusiya, Qaz, Avropa, LNG, Analitiklər, Avropa İttifaqı, İdxal, todaypress.az,