Rusiyanın Almaniya ilə ticarəti iflasa uğradı
Dünya
13.12.2024 18:14
2024-cü ilin ilk on ayının nəticələrinə əsasən, Rusiya məhsullarının Almaniyaya tədarükünün ümumi dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 51,8 faiz, Almaniyadan Rusiya Federasiyasına ixrac isə 17,1 faiz azalıb.
TodayPress xəbər verir ki, Avropa Federal Statistika İdarəsinin (Destatis) hesabatında ikitərəfli ticarət və iqtisadi əlaqələrin iflasa uğradığı bildirilir.
Oktyabrda Almaniyadan Rusiyaya məhsulların tədarükünün dəyəri aylıq olaraq 9,4 faiz azalaraq 628,7 milyon avro təşkil edib. Öz növbəsində, payızın ikinci ayında Rusiya Federasiyasından Almaniyaya ixrac sentyabr ayı ilə müqayisədə 27,4 faiz artsa da, hələ də aşağı səviyyədə qalmaqda davam edib - 153,6 milyon avro.
Almaniyadan Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac oktyabrın sonunda aylıq ifadədə 0,7 faiz azalaraq 68,9 milyard avro, Aİ-dən kənar ölkələrə isə 5,3 faiz artaraq 55,7 milyard təşkil edib. Ümumilikdə, Almaniya ixracının ümumi həcmləri payızın ikinci ayında 2,8 faiz azalaraq 124,6 milyard olub.
İdxala gəlincə, hesabat dövründə Aİ-dən Almaniyaya tədarükün dəyəri sentyabr ayı ilə müqayisədə 0,4 faiz artaraq 57,9 milyard avro, Aİ-dən kənar ölkələrdən isə 0,6 faiz azalaraq 53,3 milyard avro təşkil edib. Almaniyaya idxalın ümumi dəyəri oktyabrda 0,1 faiz azalaraq 111,2 milyard olub.
Genişmiqyaslı ikitərəfli sanksiyalar fonunda Almaniyanın Rusiya ilə ticarət həcmi 2022-ci ilin fevral ayından etibarən davamlı şəkildə azalır. Məsələn, 2024-cü ilin avqustunda Rusiya Federasiyasından Almaniyaya ixrac illik ifadədə 41,4 faiz azalaraq 100 milyon avroya, əks istiqamətdə tədarükün dəyəri isə 11,8 faiz azalaraq 600 milyon avroya düşüb. Beləliklə, 2,5 illik iqtisadi məhdudiyyətlər ərzində ikitərəfli ticarətin həcmi pul ifadəsində 1 milyarddan aşağı düşüb.
Töhfə Səməd
tag: Rusiya, Almaniya, Ticarət ,İflas ,todaypress.az,