Rusiyanın 8 regionunda xəbərdarlıq edildi
Dünya
30.09.2024 09:47
Həftənin əvvəlində Rusiyanın səkkiz regionunda təhlükəli hava şəraiti - toz fırtınası, yağış və güclü külək gözlənilir.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzindən bildirilib.
Rusiyanın Avropa hissəsinin cənubunda, Kalmıkiya və Rostov vilayətində qum fırtınaları proqnozlaşdırılır. Küləyin sürəti müvafiq olaraq saniyədə 22 və 27 metrə çatacaq.
Oktyabrın 1-də Krasnodar diyarında güclü yağış yağacaq. Peçora dənizinin sahillərində, Nenets Muxtar Dairəsi ərazilərində və Barents dənizinin cənub-şərqində qasırğa küləyinin əsəcəyi gözlənilir.
İnquşetiya, Dağıstan və Çeçenistan ərazilərdə sürəti saniyədə 35 metrə çatan küləyin əsəcəyi gözlənilir.
Bununla əlaqədar rayonlarda tufan xəbərdarlığı elan edilib.
Günəş Mərd
tag: Rusiya ,Krasnodar ,Peçora ,Barents, Dağıstan ,todaypress.az,