Rusiyanın 328 helikopteri məhv edildi: Ukrayna itkiləri açıqladı
Dünya
17.09.2024 12:54
Ukrayna müharibənin 937-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
TodayPress verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 635 min 880 hərbçi, 8 min 685 ədəd tank, 17 min 77 ədəd zirehli döyüş maşını, 18 min 129 ədəd artilleriya sistemi, 1188 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 947 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 min 739 ədəd avtomobil texnikası, 15 min 329 ədəd PUA, 2 min 592 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 min 91 xüsusi avadanlıq itirib.
tag: Ukrayna ,Müharibə, Rusiya ,Helikopter, Raket ,todaypress.az,