Rusiyanın 22 regionunda Qərbi Nil qızdırması yayıldı
Dünya
28.08.2024 17:26
Rusiyanın 22 regionunda Qərbi Nil qızdırmasına yoluxma halları qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, bu xəstəliyə yoluxma səviyyəsi hər 100 min əhaliyə 0,08 təşkil edib ki, bu da uzunmüddətli orta göstəricidən 13% çoxdur.
Xəstəliyə xroniki xəstəlikləri olanlar və yaşlı insanlar tez yoluxa bilərlər.
Qeyd edək ki, Qərbi Nil qızdırmasının simptomlarına hərarət, baş ağrısı, əzələ ağrısı və səpgilər daxildir.
Günəş Mərd
tag: Rusiya, Qərb, Nil, Xəstəlik, Yoluxma, todaypress.az,