Rusiyanın 2 vilayətinə PUA hücumu oldu, yaralılar var

Dünya

19.07.2024 09:16

2589

Rusiyanın hərbi hava hücumundan müdafiə qüvvələri ötən sutka ərzində Kursk və Belqorod vilayətləri, həmçinin Krım və Qara dəniz üzərində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını sıradan çıxarıblar. 

TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, Kursk vilayəti üzərində məhv edilən PUA-nın qalıqları əraziyə düşərək iki nəfərin yaralanmasına səbəb olub. Onlara yerindəcə tibbi yardım göstərilib. Vəziyyətləri stabildir. 

Töhfə Səməd

tag: Rusiya, Hücum, Kursk, PUA, Qara Dəniz, todaypress.az,