Rusiyanın 2 hava limanı fəaliyyətini dayandırdı

Dünya

09.07.2024 12:05

Rusiyanın Volqoqrad və Həştərxan hava limanları dron hücumu səbəbindən bağlanıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Məlumatda bildirilib ki, Həştərxan vilayətinin şimalında beş PUA məhv edilib. Volqoqrad vilayətində isə Ukrayna PUA-ları Frolovo şəhərindəki yarımstansiyaya və Kalaçe-on-Dondakı neft bazasına hücum edib. 

Töhfə Səməd

tag: Rusiya, Volqoqrad, Həştərxan, Uçuşlar, Məlumat, todaypress.az,