Rusiyalıların Putinə etimadı 77 faizdir
Dünya
25.10.2024 19:05
Rusiya prezidenti Vladimir Putinə hazırda ölkə vətəndaşlarının 77%-i etibar edir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Bildirilib ki, bu, əvvəlki göstərici ilə müqayisədə 1 faiz daha çoxdur.
Sorğu oktyabrın 18-dən 20-dək Rusiya ərazisindəki 104 yaşayış məntəqəsində yaşayan 1,5 min sakin arasında keçirilib.
Günəş Mərd
tag: Rusiya, Putin, Vətəndaşlar, Sakin, Sorğu, todaypress.az,