Rusiyalı turistlər Türkiyədə virusa yoluxdular

Dünya

02.11.2024 17:10

1964

Rusiyalı turistlərin naməlum virusla bağlı şikayətləri fonunda Rospotrebnadzor Türkiyə Səhiyyə Nazirliyinə məlumat sorğusu göndərib, vəziyyət nəzarətə götürülüb. 

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə idarənin mətbuat xidmətindən məlumat verilib.

Sənəd sürətli məlumat mübadiləsini və yoluxma halları zamanı epidemioloji araşdırmaların aparılmasına yardım etməyi nəzərdə tutur.

Rospotrebnadzor xatırladıb ki, profilaktik tədbirlər kimi şəxsi gigiyena qaydalarına riayət etmək, qaynadılmış su içmək, tənəffüs və bağırsaq infeksiyası əlamətləri olan insanlarla təmasdan qaçmaq lazımdır.

Qeyd edək ki, bundan bir müddət əvvəl bir neçə “Telegram” kanalı Sirene Belek otelində epidemiyanın baş verməsi barədə məlumat vermişdi. Həmçinin iki uşağın “Coxsackie” virusuna yoluxduğu iddia edilmişdi.

Töhfə Səməd

tag: Rusiya, Tursitlər, Türkiyə, Virus, Yoluxma, todaypress.az,