Rusiyalı sürücü İranda qətlə yetirildi
İranda rusiyalı yük maşını sürücüsü naməlum şəxslər tərəfindən öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, onun üzərində zorakılıq əlamətləri olan meyiti Gilan vilayətində tapılıb.
Mərhumun müntəzəm olaraq beynəlxalq daşımalar həyata keçirdiyi bildirilib.
Hadisə ilə bağlı Rusiya İranı cinayəti araşdırmağa və sərhəd-keçid məntəqəsində asayişi bərpa etməyə çağırıb. İranın hüquq-mühafizə orqanları istintaqa başlayıb.
Günəş Mərd
tag: İran,Rusiya,Meyit,Cinayət,Todaypress.az,