Rusiyalı səfir Ermənistanın Qərblə əlaqələrindən danışdı

Dünya

30.08.2024 09:30

“Ermənistanın hazırkı xarici siyasəti ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur”.

TodayPress xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov “RİA”ya müsahibəsində deyib.

O, Ermənistanın hazırkı xarici siyasətini tənqid edib. Yevdokimovun sözlərinə görə, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır. 

“Biz əminik ki, Cənubi Qafqazda istənilən problem kənar müdaxilə olmadan region dövlətlərinin özləri tərəfindən həll edilməlidir” deyə diplomat vurğulayıb. 

O, əlavə edib ki, “3+3” platforması ( Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, və Türkiyə ) bu məsələdə olduqca faydalıdır.

Töhfə Səməd

tag: Rusiya, Ermənistan, Qərb, Cənubi Qafqaz ,Azərbaycan, Gürcüstan, todaypress.az,