Rusiyalı reperlər ABŞ-də saxlanıldılar
ABŞ polisi Los-Ancelesdə musiqi layihəsi üzərində işləyərkən rusiyalı reperlər Kay Angel (əsl adı - Dmitri Itskov ) və 9mice (əsl adı - Sergey Dmitriev ) saxlayıb.
TodayPress xəbər verir, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Çəkilişdə silahlardan istifadə olunduğuna görə, məkana hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib və musiqiçiləri həbs ediblər.
Qeyd olunub ki, onlar ictimai asayişi pozmaqda və potensial təhlükəli davranışda ittiham olunublar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günəş Mərd
tag: ABŞ, Polis, Reper,Araşdırma, todaypress.az,