Rusiyalı parlamentar Kiyevi hədələdi: "Şərtlər daha da sərt olacaq"
Dünya
15.06.2024 01:10
“Əgər Ukrayna Rusiya prezidenti Vladimir Putinin münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərindən imtina edərsə, Moskvanın Kiyev üçün şərtləri daha sərt olacaq”
TodayPress RİA novosti-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib. Parlamentar, Qərb və Ukrayna sağlam düşüncə ilə hərkət edərək Putinin təklifini qəbul edəcəklərinə ümid etdiyini bildirib.
“Belə olan halda, mən bir daha vurğulayıram ki, prezidentin ardınca bizim dərhal danışıqlar prosesinə başlamaq imkanımız olacaq. Əks halda, bizim tərəfimizdən danışıqlar üçün şərtlər daha fərqli və sərt olacaq” deyə Slutski vurğulayıb.
Xatırladaq ki, iyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə Rusiyanın xüsusi hərbi əməliyyat zonasında atəşkəs əldə etməsi üçün iki şərt irəli sürüb. Onun sözlərinə görə, Ukrayna Xerson və Zaporojye vilayətlərindən, həmçinin Luqansk və Donetsk xalq respublikalarından qoşunlarını çıxardıqdan sonra Moskva atəşi dayandıracaq.
GÜNEL
tag: Rusiya Dövlət Duması, Leonid Slutski, Qərb, Ukrayna, Vladimir Putin, todaypress.az,