Rusiyalı müğənni və ailəsi axtarışa verildi
Dünya
04.11.2024 20:08
"Noqu
Svelo!" rok qrupunun lideri Maksim Pokrovski və ailəsi Federal Vergi
Xidmətinə 400 min rubldan çox borcuna görə axtarışa verilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki,
vergi orqanları ailənin 436 min rubl məbləğində borcuna görə Pokrovski, onun
həyat yoldaşı və oğlunu axtarır. Pokrovskilər ailəsi bir neçə aydır ki, vergi
borcunu ödəmir.
tag: Rusiya, Rok, Noqu Svelo, Vergi, Rubl, todaypress.az,