Rusiyalı diplomat: Böyük Britaniyanın Moskvanı təcrid etmək cəhdləri uğursuz oldu
Dünya
03.07.2024 05:00
Qərb dövlətlərinin, əsasən də
Böyük Britaniyanın Rusiyanı təcrid etmək cəhdləri uğursuzluqla nəticələndi.
TodayPress xəbər verir
ki, bunu Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrey Kelin “Sky
News”a müsahibəsində deyib.
“Təkcə (Rusiyaya qarşı)
sanksiyalar deyil. Hətta bizi dünyadan təcrid etmək cəhdləri də. Bu, İngiltərə,
xüsusən də digər Qərb ölkələri tərəfindən irəli sürülən bir ideya idi. Bəs
haradadır təcrid? Bu doğru deyil. Qlobal dünyada təcrid, yəqin ki, kiçik ölkələr
üçün mümkündür, amma Rusiya o qədər böyükdür ki, siz onu nə təcrid edə, nə də
sanksiyalara məruz qoya bilərsiniz",diplomat qeyd edib.
O bildirib ki, Londonun Rusiyanı təcrid etmək cəhdləri “Böyük Britaniyanın özü üçün çox zərərlidir”.
tag: Rusiya, Böyük Britaniya,Andrey Kelin, Səfir, todaypress.az,