Rusiyadan Ukraynaya sülh çağırışı: “Biz dialoqa hazırıq”
Dünya
01.07.2024 15:10
“Rusiya Ukrayna
probleminin həlli ilə bağlı istənilən dialoqa açıqdır”.
TodayPress xəbər verir
ki, Kremlin sözçüsü Dmitri Peskov bu sözləri paytaxt Moskvada jurnalistlərə
açıqlamasında deyib.
“Rusiya Ukrayna ilə
vasitəçilərin köməkliyi ilə danışıqlar aparmağa hazırdırmı?” sualına Peskov
belə cavab verib:
“Rusiya prezidenti
Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyətə və
dialoqa hazır olduğunu dəfələrlə bəyan edib”.
Töhfə Səmədova
tag: Rusiya, Ukrayna, Dmitri Peskov, Vladimir Putin, todaypress.az,