Rusiyadan Şimali Koreyaya ilk turist qatarı yola düşdü

Dünya

08.05.2025 18:01

14

Rusiyanın Vladivostok şəhərindən Şimali Koreyanın Rason şəhərinə ilk turist qatarı yola düşüb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları (RDY) məlumat yayıb.

Qatarın hərəkəti Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə eyni vaxta təsadüf edir. Nəqliyyatın göyərtəsində 100-ə yaxın səyahətçi var.

Tur proqramı çərçivəsində səyahətçilər Şimali Koreyada sovet əsgərlərinin qəhrəmanlığına həsr olunan abidələri ziyarət edəcək və ölkənin müxtəlif şəhərlərinə baş çəkəcəklər. 

Türkan İsgəndərli

tag: Rusiya,Qatar,Şimali Koreya,Turist,todaypress.az,