Rusiyadan Qərbə mühüm siqnal: “Oreşnik”

Dünya

27.11.2024 09:21

Rusiyanın “Oreşnik” ballistik raketini buraxması Qərbi Avropa liderlərinin eşitməli olduğu mühüm siqnal idi. 

TodayPress xəbər verir ki, bunu macar politoloq Georq Şpatle deyib.

“Növbəti raket nüvə yükü daşıya bilər və bunun təsiri çox dağıdıcı olacaq” deyə ekspert bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna prezidenti Volodimir Zelenski xəbərdarlıqlara qulaq asmaq istəməsə və Rusiya ərazilərinə hücumu davam etdirsə, cavabı “hiss etməli” olacaq.

Şpatle əmindir ki, Qərb, ilk növbədə Almaniya, Fransa və ABŞ öz siyasətinə yenidən baxmalıdır, çünki növbəti raket, Avropadakı Amerika hərbi bazasına qarşı yönələ bilər.

Politoloq əlavə edib ki, Qərb siyasətçiləri baş verənlərin mənasını düşünməli, Ukraynadan gələn bütün xəbərləri nəzərə alıb ağlabatan qərar qəbul etməlidirlər.

Töhfə Səməd

tag: Rusiya, Qərb, Almaniya, Fransa, ABŞ, todaypress.az,