Rusiyadan İrana yeni quru qaz dəhlizləri yaradılacaq
Rusiya baş nazirinin müavini Aleksandr Novak İranın neft naziri Möhsün Paknejad ilə görüşüb.
TodayPress xəbər verir ki, tərəflər qaz dəhlizi layihələri üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
"Aleksandr Novak qeyd edib ki, Rusiya Aİİ və İran arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazırdır. Tərəflər həmçinin Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işləməyə hazır olduqlarını bildiriblər" məlumatda qeyd olunub.
Bundan əlavə, nümayəndə heyətləri OPEC+ çərçivəsində əməkdaşlıq, ticarətin genişləndirilməsi və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər
tag: Rusiya, Aleksandr Novak,Möhsün Paknejad,Ticarət, İqtisadiyyat, todaypress.az,