Rusiyadakı miqrantlar nikaha daxil ola bilməyəcəklər

Dünya

07.01.2025 18:22

Artıq Rusiya qeydiyyat idarələrinin işçiləri nikahı qeydiyyata almaqdan imtina edə biləcəklər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyi əmr verib.

Daxili İşlər Nazirliyinin yeni müddəaları 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı artıq əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin kiminsə nəzarətində olub-olmamasını yoxlaya biləcək. Əgər həmin şəxslər kiminsə himayəsində olmasa, bu zaman səlahiyyətli şəxslər onları nikaha qəbul etməyəcəklər.

“Rusiya Federasiyasında əcnəbi vətəndaşların hüquqi statusu haqqında” federal qanunun yeni normalarına əsasən, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədən çıxarılma rejimi tətbiq olunacaq. Onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər.

Töhfə Səməd

tag: Rusiya ,Miqrant ,Nikah, Himayə, todaypress.az,