Rusiyada yüzlərlə ev su altında qaldı

Dünya

04.08.2024 09:08

Rusiyada Çelyabinsk vilayətində yağan yağışlar səbəbindən 210-dan çox ev su altında qalıb.

 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.

 

Məlumata görə, 320-dən çox həyətyanı sahəni su basıb. Hazırda vətəndaşların bir çoxu müvəqqəti yerləşdirmə məntəqəsində qalır.

 

Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.

 

Töhfə Səməd

tag: Rusiya,Yağış, Hava, Atmosfer, todaypress.az,