Rusiyada yoxa çıxan helikopterin axtarışları davam edir
Dünya
31.08.2024 12:34
Rusiyanın Kamçatka yarımadasında “Vityaz-aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri yoxa çıxıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin göyərtəsində 22 nəfərin olduğu bildirilir.
Yoxa çıxmış helikopter Vaçkajets vulkanı-Nikolayevka kəndi marşrutu üzrə hərəkət edirmiş.
Helikopterin axtarışı davam edir.
Günəş Mərd
tag: Helikopter, Rusiya, Nəqliyyat, Vaçkajets ,Nikolayevka ,Kamçatka, todaypress.az,