Rusiyada yeni səfərbərlik gözlənilir?

Dünya

23.11.2024 10:15

“Rusiyada səfərbərlikdən söhbət gedə bilməz”. 

TodayPress “RİA” ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik Ukrayna ilə müharibə dönəmində 21 sentyabr 2022-ci ildə elan edilib. Bu zamanı 300 mindən çox rus hərbi xidmətə çağırılıb. Rusiya prezidenti Vladimir Putin sonradan səfərbərliyin ikinci dalğasının olmayacağını bildirib. O, hesab edir ki, buna ehtiyac yoxdur.

Günəş Mərd

tag: Rusiya, Səfərbərlik,Peskov, Ukrayna, Putin, todaypress.az,