Rusiyada xərçəng əleyhinə peyvənd hazırlandı
Rusiyada 2025-ci ildə könüllülər üzərində xərçəngə qarşı vaksinlərlə klini sınaqlarına başlanılacaq.
TodayPress-in verdiyi xəbərə görə, bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.
O, qeyd edib ki, peyvənd hazırda siçanlar üzərində preklinik tədqiqatlarda sınaqdan keçirilir, melanomalı heyvanların ömrünü nəinki 2-3 dəfə uzatmaq, həm şişin, həm də metastazların məhvinə zəmanət verən dərmanların yaradılması texnologiyası hazırlanır.
Ginzburqun sözlərinə görə, əgər bu texnologiya hazırlana bilsə, peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin müəyyən növləri və melanoma olan xəstələrə kömək edəcək.
tag: Xərçəng, Rusiya, Dünya, Peyvənd, Mədəaltı Vəzi Xərçəngi, todaypress.az,