Rusiyada Ukraynanın 21 PUA-sı məhv edildi

Dünya

31.10.2024 11:05

Ötən sutka ərzində Rusiya ərazisində Ukraynaya məxsus 21 pilotsuz uçan aparat (PUA) məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Rostov vilayəti ərazisi üzərində səkkiz, Kursk vilayəti ərazisində beş, Volqoqrad vilayətində üç, Bryansk vilayəti ərazisində iki, Belqorod, Voronej bölgələri və Qara dəniz akvatoriyasının hər birində isə bir PUA məhv edilib.

tag: Rusiya, Ukrayna, PUA, Kursk, todaypress.az,