Rusiyada "Tu-22M3" bombardmançı təyyarəsi qəzaya uğradı
Dünya
15.08.2024 19:54
Rusiyanın Çeremxovo rayonunda Tu-22M3 bombardmançı təyyarəsi
qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu
barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata
görə, təyyarənin ekipajı havaya qalxsa da, sonradan boş əraziyə düşüb. Qəzada
ölən yoxdur.
İlkin
ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub. Müdafiə Nazirliyi təyyarə
qəzasının digər təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Volqoqrad vilayətində "Su-34" qırıcı
təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə
planlı təlim uçuşunu yerinə yetirərkən boş əraziyə düşüb.
Aytac Müşfiq
tag: Rusiya,Tu-22M3,Təyyarə,Qəza,todaypress.az,