Rusiyada təyyarə qəzası – Pilotlar öldü
Dünya
12.07.2024 18:00
Rusiyanın Moskva vilayətində “Superjet” təyyarəsi qəzaya uğrayıb.
TodayPress TASS-a istinadən xəbər verir ki, təyyarə əsaslı təmirdən sonra sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Təyyarədə sərnişin olmasa da, göyərtədə olan 3 pilot həlak olub.
Nəqliyyat vasitəsinin “Gazpromavia” aviaşirkətinə məxsus olduğu bildirilir.
tag: Rusiya, Moskva, Qəza, Təyyarə, Superjet, Sərnişin, todaypress.az,