Rusiyada terror aktının qarşısı alındı
Dünya
04.01.2025 16:27
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Yekaterinburqda insanların sıx olduğu yerdə partlayış törətməyi planlaşdıran 4 Rusiya vətəndaşını saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, onlardan ikisi əvvəllər Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin avtomobilinin yandırılmasında iştirak ediblər.
FSB bildirib ki, 2007 və 2008-ci il təvəllüdlü yeniyetmələr əldəqayırma partlayıcı qurğudan istifadə etməklə terror aktı törətməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi açılıb.
Günəş Mərd
tag: Rusiya ,Terror, FSB,İştirak ,todaypress.az,