Rusiyada sərnişin və yük qatarları toqquşdu, xəsarət alanlar var

Dünya

18.12.2024 18:44

2936

Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

TodayPress xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Belə ki, bu gün Murmansk-Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub.

Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.

Qeyd olunub ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.

İlkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. 8 nəfər xəsarət alıb, digərləri ilə bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.


tag: Rusiya,Murmansk,Qəza,Toqquşma,Qatar,Ölü,Yaralı,todaypress.az,